“Bölgələrdən paytaxta” layihəsi davam edir

“Bölgələrdən paytaxta” layihəsi davam edir
18:23 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+



Bakı, 23 aprel, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsi bu dəfə Gədəbəyə həsr olunacaq.
AZƏRTAC xəbər verir ki, tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Gədəbəy rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə aprelin 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında reallaşacaq.
Layihə çərçivəsində Gədəbəyin mədəniyyətinin tarixi və müasir zənginliklərini, adət-ənənələrini əks etdirən dekorativ tətbiqi sənət ustalarının əl işləri, mətbəx nümunələri sərgilənəcək, bölgənin turizm imkanları təbliğ olunacaq, incəsənət ustalarının konserti təşkil ediləcək.
Qeyd edək ki, bu il ərzində Lənkəran, Gəncə, İsmayıllı, Şəmkir və Abşeron rayonlarının Bakı şəhərində mədəni tədbirləri keçiriləcək və hər bir regionun qədim tarixi ənənələri, incəsənət nümunələri geniş formatda təqdim olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bolgelerden_paytaxta_layihesi_davam_edir-849147

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR