Təhsil Problemləri İnstitutunda YAP Təhsil tədqiqatçıları ilk ərazi təşkilatının hesabat-seçki yığıncağı

Təhsil Problemləri İnstitutunda YAP Təhsil tədqiqatçıları ilk ərazi təşkilatının hesabat-seçki yığıncağı
19:43 23 Aprel 2015
155 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Təhsil Problemləri İnstitutunda (TPİ) Səbail rayonu üzrə Yeni Azərbaycan Partiyası (YAP) Təhsil tədqiqatçıları ilk ərazi təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə TPİ-nin direktoru Qulu Novruzov iştirakçıları iclasın gündəliyi ilə tanış edib. O, YAP-ın sədri, Prezident İlham Əliyevin ideyalarının yerlərdə tətbiqinə daim böyük diqqət göstərildiyini və bundan sonra da layiqincə, davamlı olaraq həyata keçiriləcəyini qeyd edib.
Q.Novruzov YAP-ın son illər Azərbaycanda uğurla həyata keçirdiyi tədbirlərdən, xüsusilə də gənclər siyasətinin inkişafı istiqamətində gördüyü işlərdən, sosial-iqtisadi, elmi-mədəni sahələrdə gənclərin irəliləməsi üçün yaradılan şəraitdən danışıb. TPİ-nin direktoru dövlətimizin başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində partiyada gənclərin və ən əsas da gənc tədqiqatçıların sayının gündən-günə artmasını inkişafa dəstəyin bariz nümunəsi olduğunu xüsusi vurğulayıb. O, Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar hər bir partiya üzvünün təbliğatçı kimi görəcəyi işlərdən də danışıb.
Sonra YAP Səbail rayon Təhsil tədqiqatçıları ilk ərazi təşkilatının sədri Piralı Əliyev 2011-2015-ci illər üçün hesabat-seçki dövründə görülən işlər barədə məruzə ilə çıxış edib. O, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində YAP-ın təsis konfransından sonra altı ay ərzində bütün şəhər və rayonlarda, o cümlədən Təhsil Problemləri İnstitutunda (keçmiş Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda) ilk yaradılan təşkilatın tarixindən danışıb. Təşkilatın hesabat-seçki dövründə işini “Yeni Azərbaycan Partiyasının Nizamnaməsi”nin və “Proqramı”nın tələbləri əsasında qurduğunu deyib. Bildirilib ki, Təhsil tədqiqatçıları ilk ərazi təşkilatının üzvlərinin 40 nəfəri TPİ-nin əməkdaşlarıdır. Hesabat dövründə ilk təşkilat partiyanın əsas ideoloji prinsiplərinə - müstəqillik, dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənpərvərlik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsiplərinə riayət edib. Hesabatda ölkədə keçirilən seçkilərdə institutun əməkdaşlarının fəal iştirakı diqqətə çatdırılıb. TPİ tərəfindən irəli sürülən ideya və təkliflərin hər zaman dəstəkləndiyini söyləyən sədr bacarığı, təşəbbüskarlığı və əməksevərliyi ilə seçilən əməkdaşların, tədqiqatçıların inkişafı üçün ölkədə geniş imkanların olduğunu söyləyib.
Tədbirdə çıxış edənlər hesabatın qənaətbəxş olduğunu bildiriblər.
Toplantıda Piralı Əliyev yenidən YAP Səbail rayon Təhsil tədqiqatçıları ilk ərazi təşkilatının sədri seçilib.
Daha sonra təşkilati məsələlərə baxılıb. Səsvermə yolu ilə idarə heyəti, sədrin müavinləri və katib seçilib. Həmçinin YAP Səbail rayon təşkilatının onuncu konfransına nümayəndələr, institutun nəzdində Təhsil tədqiqatçıları ilk ərazi gənclər təşkilatının və ərazi qadın təşkilatının sədrləri müəyyənləşdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehsil_Problemleri_Institutunda_YAP_Tehsil_tedqiqatchilari_ilk_erazi_teskilatinin_hesabat_sechki_yigincagi-849193

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR