Qətər Venesuelanı milyardlara “bürüdü”

Qətər Venesuelanı  milyardlara “bürüdü”
09:16 13 Yanvar 2015
189 Digər
Ölkə mətbuatı
A- A+

Venesuela hakimiyyəti qətərli həmkarlarını 2015-2016-cı illərdə bir neçə milyardlıq kredit verilməsinə razı sala biliblər.

ANS PRESS-in məlumatına görə, bu barədə Venesuela prezidenti Nikolas Maduro bildirib.

“Biz Qətərin ən vacib bankları ilə alyansı gücləndiririk. Bu bizi aşağı düşən neft gəlirlərini kompensasiya etmək üçün lazım olan "oksigenlə" təmin edəcək”.

Onun sözlərinə görə Qətərin köməkliyi ilə 2015 və 2016-cı illərdə Venesuela büdcəsi bir neçə milyard dollar çoxalacaq.

Xatırladaq ki, Qətər Maduronun kömək istədiyi neft istehsal edən ölkələrdən biridir. Bundan əvvəl Venesuela lideri Çin, Səudiyyə Ərəbistanı və İrana işguzər səfərlər edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR