“Canlı klassika-2015” müsabiqəsinə yekun vurulub

“Canlı klassika-2015” müsabiqəsinə yekun vurulub
20:43 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Binəqədi mərkəzi mədəniyyət evində “Canlı klassika-2015” müsabiqəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, final mərhələsində iştirak etmək hüququ qazanmış 27 iştirakçıdan üçü seçilərək beynəlxalq onlayn final mərhələsində iştirak hüququ qazanıb.
Cari il mayın 15-dək beynəlxalq onlayn final mərhələsi həyata keçiriləcək və ölkəmizi təmsil etmək üçün seçilmiş oxucular iyunda Moskvada baş tutacaq finalda iştirak edəcəklər. Super final mərhələsində bütün iştirakçı ölkələri təmsil edən 20 namizəd çıxış edəcək. Finalda ən çox bal toplamış 3 namizəd qalib elan edilərək, qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Canli_klassika_2015_musabiqesine_yekun_vurulub-849231

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR