Körpə orqan donoru oldu

Körpə orqan donoru oldu
21:05 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Doğulduqdan sonra cəmi 100 dəqiqə yaşayan körpə Böyük Britaniyada ən azyaşlı donor olub.
 
Trend-in Böyük Britaniyanın "Mirror" qəzetinə istinadən verdiyi məlumata görə, əhvalat Cess Evans və Mayk Holstonun ailəsində baş verib. Əkiz uşağı olacaq ana həkimlərdən eşidib ki, uşaqlardan biri ciddi xəstəliyə görə doğuşdan sonra çox yaşamayacaq.
Lakin həkimlər bildirir ki, onların bir uşağı başqa bir adamın həyatını xilas edə bilər.
 
Valideynlərinin Teddi Noy Holston adını qoyduğu körpə 100 dəqiqədən sonra dünyasını dəyişib. Üç dəqiqə sonra isə onun böyrək və ürək qapaqcıqlarını çıxarıb ondan böyük pasiyent üçün ayırıblar. Uşağın atası deyib: "O, qəhrəman kimi öldü. Biz onunla fəxr edirik".
 
Ölən körpənin qardaşı Noy Teddi isə sağlamdır. İndi valideynləri və üç yaşlı bacısı ilə Uelsin Kardif şəhərində yaşayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/336199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR