Aeroportda 15 kilo kokainlə tutuldu (FOTO)

Aeroportda 15 kilo kokainlə tutuldu (FOTO)
22:16 23 Aprel 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskvanın Vnukovo hava limanında gömrükçülər 15 kq kokain ilə Ukrayna vətəndaşını saxlayıb.

ANS PRESS-in məlumatına görə, ukraynalı Dominikan respublikasından 15,5 kq kokaini Rusiyaya keçirməyə çalışıb.

"Sərnişinlərin gömrük nəzarəti zamanı "Punta-Kana - Moskva" reysi ilə gələn 1988-ci il təvəllüdlü Ukrayna vətəndaşı saxlanılıb. Onun əl yükündə 4 polietilen bükülüdə 15,5 kq narkotik vasitə (kokain) aşkar edilib", - deyə Federal Gömrük Xidmətinin məlumatına bildirilir. Saxlanılan şəxs barəsində cinayət işi açılıb.

FGX həmçinin qeyd edib ki, bu Vnukovo gömrüyünün tarixində kokain qaçaqmalçılığının ən böyük hadisəsidir.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=339979

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR