"Kösem Sultan"ın kim olacağı bilindi

"Kösem Sultan"ın kim olacağı bilindi
22:57 23 Aprel 2015
101 Digər
Ölkə mətbuatı
A- A+

Dünyada 300 milyon insanın izlədiyi "Möhtəşəm yüzil" serialının davamı olaraq çəkiləcək "Kösem Sultan"ın baş rol ifaçısı məlum olub.
 
Milli.Az axşam.az-a istinadən bildirir ki, serialın aylardır Türkiyədə və Avropada apardığı kastinqlər sona çatıb. Ekran işinin ilk mövsümündə Kösem Sultanın 16-20 yaşdakı obrazını Bensu Soralın oynayacağı dəqiqləşib.
 
23 yaşlı Bensu aktrisa Hande Soralın bacısıdır. O, "Vicdan" və "Boynu bükükler" serialından tanınır.
 
Star TV-də ekrana gələcək "Kösem Sultan" serialının əsas roluna Beren Saat, Tuba Büyüküstün və Sibel Kekilli namizəd olsa da "TİMS Production" B.Soralın üzərində dayanıb. Serilda digər rol olan Safiye Sultan obrazı üçün uyğun aktrisa axtarışı isə hələ davam edir.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/336212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR