Türkiyə prezidenti Rəcəb Tayyip Rusiya prezidenti
Vladimir Putinin Soçi görüşündə əldə olunan İdlib razılaşmasının
detalları ortaya çıxıb.
Publika.az xəbər verir ki, türkiyəli yazar Taha Dağlı
razılaşmada İdlib ətrafında 15-20 kilometrlik təmas xətlərinin
qurulacağını və bu bölgələrə silah daxil edilməyəcəyini yazıb.
İdlibin şərqində Hələb, qərbində Lazkiyə yerləşir. Hələb və Lazkiyə
Əsəd rejiminin əlindədir. Əsəd ordusu Lazkiyə və Hələb üzərindən
İdlibə hücum edəcəkdi. Lakin Türkiyənin diplomatik manevrləri
nəticəsində bu, baş tutmadı.
Hazırda bölgədə silahsız xətlər qurulur. Bu xətlərdən biri İdlibin
Lazkiyə sərhədi boyunca cənuba qədər uzanır. Digəri isə Hələb
sərhədindən aşağı enərək, Lazkiyə sərhədi ilə kəsişir. Xətlər
Lazkiyə və Hələbdən müxaliflərlə mülki şəxslərin yaşadığı İdlibin
içinə qədər daxil olur. Yəni 20 kilometr genişliyindəki xəttin 10
kilometri Lazkiyə, yaxud Hələbin, 10 kilometri isə İdlibin içinə
daxil olacaq. Əsəd gücləri və müxaliflər bu dəhlizlərə daxil ola
bilməyəcək. Dəhlizlər türk və rus əsgərləri tərəfindən qorunacaq.
Razılaşma 15 oktyabrdan etibarən qüvvəyə minir.
Asif