Play Store

"Dnepr" yarımfinalda, "Zenit" Avropanı tərk etdi

"Dnepr" yarımfinalda, "Zenit" Avropanı tərk etdi
01:16 24 Aprel 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının ardınca Avropa Liqasında da 1/4 finala yekun vurulub.

ANS PRESS-in məlumatına görə, bu gecə baş tutan 4 matçda 4 yarımfinalçı müəyyənləşib.

Qrup mərhələsində "Qarabağ"a rəqib olmuş "Dnepr" "Brügge"ni qəbul edib. Komandalar arasında Belçikada baş tutan oyun 0:0 hesabı ilə başa çatmışdı. "Dnepr" doğma meydanda qələbə qazanaraq yarımfinala çıxıb - 1:0.

Digər Ukrayna təmsilçisi "Dinamo" İtaliyada "Fiorentina"nın qonağı olub. İtalyanlar evdə 1:0 hesablı qələbə qazanaraq turnirin ən güclü komandalarından biri olublar. Komandalar arasında Kiyevdə baş tutan matç 1:1 hesabı ilə başa çatmışdı.

Rusiya "Zenit"i doğma arenada "Sevilya"nı qəbul edib. İspaniyada 1:2 hesablı uduzan Sankt-Peterburq təmsilçisi evdə heç-heçə edərək Avropa Liqası ilə vidalaşıb - 2:2.

"Napoli" İtaliyada "Volfsburq"u qəbul edib. Almaniyadakı matçda 4:1 hesablı qələbə qazanaraq cütün taleyini həll edən italyanlar cavab oyununda "sülh" bağlayıb - 2:2.

Avropa Liqası
1/4 final
Cavab oyunları

23 aprel
Zenit (Rusiya) - Sevilya (İspaniya) 2:2
Qollar: Jose Rondon, 48. Halk, 72 - Karlos Bakka, 6-pen. Kevin Qameyro, 85.
İlk oyun - 1:2.
Hakimlər: Nikola Rizzoli, Elenito Di Liberatore, Mauro Tonolini, Canluca Kariolato (İtaliya).
Əlavə köməkçi hakimlər: Luka Banti, Antonio Damato (İtaliya).
Sankt-Peterburq. Petrovski stadionu.

Dnepr (Ukrayna) - Brügge (Belçika) 1:0
Qol: Yevgeni Şaxov, 82.
İlk oyun - 0:0.
Hakimlər: Alberto Mallenko, Roberto del Palomar, Pau Devis, Raul Kabanero (İspaniya).
Əlavə köməkçi hakimlər: Karlos Qomes, Xavyer Estrada (İspaniya).
Kiyev. Olimpiya stadionu.

Fiorentina (İtaliya) - Dinamo (Kiyev, Ukrayna) 2:0
Qollar: Mario Qomes, 43. Xuan Varqas, 90+4.
İlk oyun - 1:1.
Qırmızı vərəqə: Jermain Lens, 40.
Hakimlər: Jonas Eriksson, Matias Klasenius, Daniel Varnmark, Mehmet Kulum (İsveç).
Əlavə köməkçi hakimlər: Stefan Yohannesson, Markus Stromberqsson (İsveç).
Florensiya. Artemio Françi stadionu.

Napoli (İtaliya) - Volfsburq (Almaniya) 2:2
Qollar: Jose Kallejon, 50. Dries Mertens, 65 - Timm Klose, 72. İvan Perişiç, 74.
İlk oyun - 4:1.
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarik Ongün, Cem Satman (Türkiyə).
Əlavə köməkçi hakimlər: Hüseyn Göçek, Halis Özkahya (Türkiyə).
Napoli. San Paolo stadionu.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=340045

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR