Siqnal səsini eşitməyən eşitmə əngəlli qadın

Türkiyənin Antalya şəhərində 39 yaşlı Yüksel Güzel adlı qadın yolda yeriyərkən bir kamaz sürücüsünün hücumuna məruz qalıb.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, eşitmə əngəlli olan qadın bazardan çıxan zaman yolda yeriyərkən arxasında bir kamazın olduğunu və siqnal verdiyini eşitməyib.

Güzel əvvəlcə sürücünün sözlə hücumuna məruz qalıb. Qadının cavab verməsinə əsəbləşən sürücü ona təhqir edib, daha sonra sol qolunu çevirərək qırıb. Güzel hadisə yerindən qaçaraq polisə şikayət edib. Xəstəxanaya gedən Yüksek Güzelin sol qolunun biləkdən qırıldığı öyrənilib.

Hadisədən sonra böyük şok yaşadığını deyən qadın küçəyə və bazara çıxa bilmədiyini bildirib.


https://metbuat.az/news/1028799/120-il-yasayan-hun...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR