12 yaşında hamilə qalan uşaqdan

Nigeriyada ailələrin borc ödəmək üçün satdığı qızlar yaşadıqları hadisələrdən danışıblar.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, “Pul gəlini” olaraq adlandırılan bu qızlar satılan adamın şəxsi malı halına gəlirlər.

Anası və əmisi tərəfindən satılan "pul gəlini" Dorothy hələ uşaq ikən babası yaşında bir adamla evləndirilib. Talehsiz qız başına gələnləri danışaraq “babam yaşlı adam mənə təcavüz edə bilmək üçün əllərimi və ayaqlarımı tutub zorla saxlayıb. 12 yaşım olarkən hamilə qaldım. Evləndiyim adam mənə yaxşı davranmır, daima döyürdü.

Uşaq haqları müdafiəçisi Pastor Akanom Richards bu dəhşətli adətlə bağlı bildirib ki, kimiləri uşaq işçi olaraq istifadə edilir. Bəziləri əxlaqsızlığa cəlb olunur. Hamilə qalanların uşaqları isə pul qazanmaq üçün istifadə edilir.




https://metbuat.az/news/1029438/sok-cekisi-4-yasli...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR