Kompleks media və marketinq informasiyasının təqdim olunmasında dünya lideri "Mediascope" 10-16 sentyabr tarixlərində Rusiya telekanallarında musiqi proqramlarının reytinqini açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, reytinqə bu dəfə də Rusiyanın "Birinci kanal"ında yayımlanmış "Jara" Beynəlxalq festivalı başçılıq edib.

"Jara" festivalı Rusiya telekanallarında ən yüksək reytinq nümayiş etdirdi

Xatırladaq ki, Bakıda bu il iyulun 26-29-da keçirilmiş "Jara" Beynəlxalq festivalı konsert proqramları "Birinci kanal"da təqdim olunub. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ, Qazaxıstan, Moldova və digər ölkələrdən 250-dən çox müğənni iştirak edib.

Milli.Az