Obama ermənilərə od qoydu

Obama ermənilərə od qoydu
10:26 24 Aprel 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obamanın Osmanlı imperiyasında 1915-ci il hadisələrini ermənilərin gözlədiyi kimi soyqırımı adlandırmamasına ilk reaksiya gəlib.

ANS PRESS-in məlumatına görə, erməni diasporası prezidentin bu hərəkətindən çox inciyib.

Amerika Erməni Milli Komitəsi (ANCA) direktoru Aram Hampariyan yazılı açıqlama yayaısb. O, açıqlamasında Obamanın soyqırımı sözü ilə oyun oynadığını deyib və gerçəkliklərdən qaçdığını iddia edib.

"Obamanın Ankaranı məmnun etmək üçün atdığı yanıldıcı addım sadəcə Vaşinqtonu təcrid edəcək".

Xatırladaq ki, B.Obama çıxışında 1915-ci il hadisələri ilə bağlı "böyük fəlakət" mənasına gələn "meds yeghern" ifadəsini işlədib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=340103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR