Gürcüstanda prezidentliyə namizədlərin sayı

Gürcüstan prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb.

Metbuat.az-ın məlumatına görə, namizədliyini irəli sürmüş 46 nəfərdən 25-nin istəyi təsdiq edilib.

Gürcüstanın MSK müxtəlif qanun pozuntusuna yer verdiyi üçün 21 nəfərin namizədliyini qəbul etməyib..

Qeyd edək ki, prezidentliyə namizədlər sırasında David Bakradze (“Avropa Gürcüstanı-Azadlıq uğrunda hərəkat”), Mixail Saluaşvili (Ədalətin bərpası -“Xalqın səsi”), Zviad Baqdavadze (“Vətəndaş platforması-Yeni Gürcüstan”), Şalva Natelaşvilidir (“Gürcüstan Leyboristlər Partiyası”), Qriqol Vaşadze (Vahid Milli Hərəkat Partiyası), Salome Zurabişvili (seçicilərin təşəbbüs qrupu, hakim partiyanın dəstəklədiyi namizəd), İrakli Qorqadze (Gürcüstanın Azadlığı Uğurunda Hərəkat), David Usupaşvili (Azad Demokratlar), Zurab Caparidze (Qirçi) və digərləri var.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR