Qısqanc ər: 300 kiloqramlıq arvadını daim yemləyir ki... - FOTO

Qısqanc ər: 300 kiloqramlıq arvadını daim yemləyir ki... - FOTO
11:17 24 Aprel 2015
508 Maraqlı
Ölkə mətbuatı
A- A+

"İndi anlayıram ki, məni çox sevir və məndən ayrı yaşamaq istəmir. Arıqlamağımı istəmir. Dediyinə görə, qorxur ki, arıqlasam, onu tərk edərək, yalnız qoyaram".
 
ABŞ-ın Texas ştatındakı Hyuston şəhərində yaşayan 24 yaşlı Elizabet Co patoloji piylənmə xəstəsidir. Onun çəkisi nə az, nə çox - düz 299,7 kiloqramdır.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Bettinin əri Coş xanımının həddən artıq kök olmasından narazı deyil. Tam əksinə, Coş arvadının daim yağlı, şəkərli, bol yeməsinə çalışır.
 
Betti indiyədək dəfələrlə pəhriz saxlayaraq arıqlamaq istəsə də, əri hər dəfə buna mane olub.
 
Coşun sözlərinə görə, arvadının arıqlayaraq nərmənazik olacağı təqdirdə onu atıb gedəcəyindən, tərk edəcəyindən qorxur.
 
Ötən il bariatrik cərrahiyyə əməliyyatına məruz qalmış Elizabet Conu müayinə edən həkimlərin dediklərinə görə, qadın təcili şəkildə arıqlamağa başlamazsa, onun orqanizmindəki ciddi fəsadlar və problemlər daha da ağırlaşacaq. Bu isə Elizabetin ölümü ilə nəticələnəcək.
 
Ona görə də Betti nəyin bahasına olursa-olsun, arıqlamağa qərar verib.
 
Milli.Az
 










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/336241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR