"Neftçi"nin sabiq üzvü həvəskar klubda

"Neftçi"nin sabiq üzvü həvəskar klubda
10:27 13 Yanvar 2015
166 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin sabiq futbolçusu Ali Cansun özünə yeni komanda tapıb. Fanat.az хəbər verir ki, 32 yaşlı hücumçu karyerasını həvəskarlar liqasında davam etdirəcək.


Belə ki, Ali Cansun Regional Həvəskarlar Liqasında (BAL) çıхış edən "Leventspor"la müqavilə bağlayıb. 


Qeyd edək ki, Ali Cansun 2008-2009-cu illərdə "Neftçi"də çıхış edib. O, həmçinin "Gənclərbirliyi", "Sakaryaspor", "Antalyaspor", "Qaziantepspor", "Hacettepe", "Kocaelispor", "Diyarbəkirspor", "Adana Dəmirspor" və "Eyüpspor"un formasını geyinib.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR