Paytaxtın 20 Yanvar dairəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb

Paytaxtın 20 Yanvar dairəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb
12:03 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-dən saat 11:00-dan etibarən paytaxtın 20 Yanvar dairəsində - Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tərtib olunmuş cədvələ əsasən, bəzi küçə və prospektlərdə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.
Sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Paytaxtin_20_Yanvar_dairesinin_bir_hissesinde_neqliyyat_vasitelerinin_hereketi_qismen_mehdudlasdirilib-849342

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR