Mədəniyyət və turizm naziri Parisdə azərbaycanlı rəssamların sərgisi ilə tanış olub

Mədəniyyət və turizm naziri Parisdə azərbaycanlı rəssamların sərgisi ilə tanış olub
12:28 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Paris, 24 aprel, AZƏRTAC
Fransada işgüzar səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aprelin 23-də Parisin “Russkiy mir” qalereyasında azərbaycanlı rəssamların sərgisi ilə tanış olub.
Yağlı boya ilə çəkilən rəsm əsərlərini yüksək qiymətləndirən nazir dünya mədəniyyətinin beşiyi, tanınmış rəssamların vətəni sayılan Fransa kimi ölkədə belə sərginin təşkilinin mühüm hadisə olduğunu söyləyib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fransanın ayrı-ayrı regionlarında və şəhərlərində keçirilən mədəni tədbirləri yüksək qiymətləndirən mədəniyyət və turizm naziri bildirib ki, məhz bu işlər sayəsində artıq fransızlar ölkəmiz barədə ətraflı məlumatlara malikdirlər.
Nazir fransızların Azərbaycan incəsənətinə yüksək qiymət verdiklərini, son vaxtlar ölkəmizlə Fransa arasında əlaqələrin genişləndiyini, Azərbaycan mədəniyyətinə marağın getdikcə artdığını qeyd edib.
Əbülfəs Qarayev, həmçinin istər Fransada, istərsə də başqa ölkələrdə belə sərgi və konsertlərin təşkilini, müxtəlif mədəni tədbirlərin keçirilməsini qədim tarixə və zəngin mədəni irsə malik Azərbaycanın dünyada tanıdılması baxımından böyük əhəmiyyət daşıdığını söyləyib.
Azərbaycan həqiqətlərinin dünyanın müxtəlif xalqlarına, o cümlədən fransızlara çatdırılmasında belə tədbirlərin xüsusi əhəmiyyətini qeyd edən natiq sonda rəssamlara uğurlar arzulayıb.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Medeniyyet_ve_turizm_naziri_Parisde_azerbaycanli_ressamlarin_sergisi_ile_tanis_olub-849360

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR