“Nikoil Bank” idmanın inkişafını aktiv şəkildə dəstəkləyir

13:12 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 13:07 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Nikoil Bank”ın əməkdaşları şərq döyüş növləri üzrə beynəlxalq yarışlarda uğurla iştirak ediblər.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Latviyanın paytaxtı Riqa şəhərində veteranlar arasında baş tutan Pribaltika Olimpiadasında karate üzrə dünya çempionu və Avropanın ikiqat çempionu olan, Mərkəzi filialın əsas mütəxəssisi Həsən Quliyev 85+ çəki kateqoriyası üzrə iştirak edib, nəticədə isə birincilik rəmzi qızıl medal əldə edib.

 

Pribaltika Olimpiadasındakı qələbəsindən sonra, Həsən Quliyev Avropa çempionatının keçirildiyi Latviyanın Dauqavpils şəhərinə yollanıb. Yarışda individual çıxışda H. Quliyev 3-cü yer, lakin komanda yarışlarında isə komandamız kumite üzrə rəqiblərə heç bir şans vermədən çempionatın əsas mükafatını - qızıl medalları qazanıb.

 

“Bank Nikoil”ın digər əməkdaşı, Gəncə filialının mütəxəssisi Samir Əliyev ölkəmizi Ukraynanın Lvov şəhərində təmsil edib. Burada 16-18 aprel tarixlərində qaydasız döyüş üzrə MM1 saylı Avropa çempionatı keçirilib. Çempionatda əməkdaşımız 75 kq-a qədər çəki kateqoriyası üzrə ikinci yeri tutub.

 

Xatırladaq ki, S. Əliyev dəfələrlə beynəlxalq yarışların qalibi olub, Avrasiyanın çempionu və kikboks üzrə Azərbaycanın 7 qat çempionu olub.

 

“Nikoil Bank” kollektivi bütün səmimiliklə əməkdaşlarını belə böyük nailiyyət münasibətilə təbrik edir və bu nailiyyətlərlə kifayətlənməməyi arzulayır.

 

Bu gün "NİKOYL" İKB  əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək və ya rəsmi saytdan www.nikoil.az almaq mümkündür.

 

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381034

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR