Çanaqqalaya gedən prezidentlər cümə namazı qılacaq

13:21 24 Aprel 2015
68 Digər
Ölkə mətbuatı
A- A+

Çanaqqala zəfərinin 100-cü ildönümü mərasimində iştirak edəcək dövlət başçıları üçün "cümə protokolu" tədbiq ediləcək.

ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın evqəbul edəcəyi 17 prezident, 3 parlament rəhbəri, 3 prezident müşaviri, 5 baş nazir, 1 keçmiş prezident, 28 nazir, 6 beynəlxalq təşkilat rəhbəri olmaqla 90-a yaxın ölkədən rəsmiləri qəbul edəcək.
Mərasimdən öncə qonaqlaq üçün iki ayrı proqram hazırlanıb.

İlkin məlumata görə, Ərdoğan və müsəlman siyasətçilər Yahya Çavuş Şəhidlər məscidində cümə namazı qılacaq.

Namaza qatılmayacaq siyasətçilər üçün isə hazırlanan proqram isə ayrıdır. Müsəlman olmayan dövlət rəsmiləri Atatürkün Savarona gəmisi ilə boğazda gəzinti təşkil ediləcək.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=340165

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR