Polo üzrə Avropa birinciliyində Azərbaycan millisinin böyük uğuru

Azərbaycan millisinə azarkeşlik etmək üçün İtaliyaya gəlmiş bütün həmyerlilərimiz, həmçinin komandamızın hər bir oyununun nəticəsini böyük ümidlə gözləyən hər bir Azərbaycan polo sevərləri üçün milli yığmamızın İtaliyanın Siyene şəhərində sentyabr ayının 20-dən başlanan qızıl medallar uğrunda zəfər yürüşü möhtəşəm və çoxdan gözlənilən bir hədiyyə olub.

Metbuat.az-ın məlumatına görə, millimizin daha güclü olmasını ardıcıl olaraq sübut etdiyi Niderland, ikiqat Avropa çempionu olan Fransa, Slovakiya və nəhayət turnirin favoriti olan İrlandiya yığmaları ilə görüşlərdə idmançılarımızın mübarizliyi və iradə qüvvəsi hər birimizə fərəh dolu anlar yaşadıb.

Turnir günlərində İtaliyanın Toskaniya kimi qədim diyarında yığmamızın hər növbəti qələbəsi ürəklərmizdə qalibiyyət simfo-niyasını səsləndirməklə yanaşı əcnəbi polo mütəxəssislərinin Azərbaycan ko¬mandasının nümayiş etdirdiyi fenomenal oyun haqqında etirafları qəlbimizi qürur hissləri doldurub.

30 sentyabr tarixində keçirilmiş Avropa Çempionatının son və həlledici oyununda yaşadığımız duyğular həmin hisslərin məntiqi davamı və kulminasiyası olub.

Yerli sakinlərin və xaricdən gəlmiş çoxsaylı polosevərlərin böyük həyacan, maraq və gərginliklə izlədikləri İtaliya və Azərbaycan yığma komandaları arasında final yarışması bütün gözləntiləri artıqlaması ilə doğruldub.

Günün qoroskopu - Xərcə düşəcəksiniz, xəsislik etməyin - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR