Məşhur aktrisa Nurgül Yeşilçay ilk dəfə sevgilisi Necati Kocabaya olan hisslərindən danışıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa dünən prodüser sevgilisi ilə görüntülənib. Onlar avtomobillərinə mindikləri zaman jurnalistlərin ayaqüstü suallarını cavablandırıb.
42 yaşlı ulduz “Gülperi” adlı yeni bir seriala çəkildiyini və həyatında hər şeyin qaydasından olduğunu bildirib. O, şəxsi həyatı ilə bağlı suala "Görmürsünüz ki, aşiqik biz, bəlli deyil?", - deyərək küçənin ortasında sevgisini hayqırıb.