Düşmən mərmisi Tovuz sakininin evini başına uçura bilər

Düşmən mərmisi Tovuz sakininin evini başına uçura bilər
17:32 24 Aprel 2015
90 Sosial
Ölkə mətbuatı
A- A+

Tovuzun Hacallı kəndində evlər ermənilər tərəfindən tez-tez atəşə tutulur. Kəpəz TV (Region TV) xəbər verir ki, kənd sakini Zina Fərhadovanın illlər öncə tikib-qurduğu ev də bu səbəbdən təhlükəli vəziyyətdədir.

Evin hər tərəfində yaranan iri çatlar binanı uçmaq təhlükəsi ilə üz-üzə qoyub. Kənd sakini bildirir ki, bir neçə il öncə ermənilərin atdığı mərmi onun yaşadığı evin yaxınlığına düşərək həyətin torpağını göyə sovurub. Xoşbəxtlikdən güclü partlayış olmasa da, ərazidə dərin çökəklik yaranıb.

Mərmi hazırda binanın zirzəmisində qaldığından ev sahibi bundan narahatdır. 70 yaşlı Zina Fərhadova adiyyəti qurumların tezliklə mövcud problemə əlac edəcəklərinə ümidlidir.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/336433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR