Nadir xəstəlik: əri öpəndə qaşınır - FOTO

Nadir xəstəlik: əri öpəndə qaşınır - FOTO
17:42 24 Aprel 2015
134 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu qadın dünyanın ən nadir xəstəliklərindən, allergiyanın ən maraqlı formalarından birinə mübtəla olub.

İngiltərənin Lids şəhərinin sakini, 28 yaşlı Kerri Ermiteyjin dediyinə görə, suya, daha doğrusu, seliyə allergiyası var. Bu səbəbdən də əri Kerrini öpən kimi qadını qaşınma tutur, onun dərisi qızarır və səpir.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Kerri tərləyəndə və ya ağlayanda da qaşınmağa başlayır.
 
Anafilaksiya sindromu kimi tanınan "aquagenic urticaria" xəstəsi olan Kerri Ermiteyc indiyədək ən müxtəlif hospitallarda və klinikalarda müayinə olunsa da, həkimlər onun dərdinə çarə tapa bilməyiblər.
 
3 övlad anasının dediyinə görə, əri Piterlə birlikdə bu bəlanın çözümünü arayırlar.
 
"Ərimin məni öpməsini dörd il əvvəl qadağan etdim. Çünki onun dodaqlarındakı selik, su məni möhkəm qaşındırırdı. Nə edəcəyimizi bilmirik. Həkimlər xəstəliyimin çarəsini bilmirlər", - Kerri deyib.
 
İş o yerə çatıb ki, Kerri övladlarını qucaqlaya bilmir: çünki uşaqların dərisindəki tər molekulları Kerrinin vücuduna toxunan kimi qadında möhkəm qaşınma və səpki başlanır.
 
Soyuq su içə bilməyən Kerri Ermiteyc qəhvə və çay içir. Qaşınmamaq, allergiya sindromunu gücləndirməmək üçün o, suyu yalnız otaq temperaturunadək qızdırandan sonra qab və ya paltar yuya bilir.
 
Milli.Az
 









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/336435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR