Amanda Pol: "Ermənistan gələcəkdə də Türkiyədən "soyqırımı" tanımağı tələb edəcək"- ŞƏRH

Amanda Pol: "Ermənistan gələcəkdə də Türkiyədən "soyqırımı" tanımağı tələb edəcək"- ŞƏRH
18:17 24 Aprel 2015
62 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ "Ermənistan və bütün dünyada güclü erməni diasporu gələcəkdə də Türkiyədən "soyqırımı" tanımağı tələb edəcək və "soyqırımı" tanımayan digər ölkələ hökumətlərini də bunu etməyə çağıracaq", - Avropa Siyasəti Mərkəzinin eksperti, publisist Amanda Pol "Report"a bildirib. 
Ekspert xatırladıb ki,  birinci prezident seçkiləri kampaniyası zamanı Barak Obama "soyqırımı" tanımağın tərəfdarı olduğunu bildirib, lakin sonralar aydın dərk edib ki, bu Türkiyə ilə münasibətlərdə nəyə gətirib çıxaracaq. Ankaranın Yaxın Şərqdə ABŞ-ın ən vacib tərəfdaşı olduğunu, həm İŞİD məsələsində, həm də digər məsələlərdə bu ölkənin böyük əhəmiyyət kəsb etdiyini nəzərə alıb və buna görə də həmin məsələdə təkid etməkdən vaz keçib. 
Ermənilərin Türkiyəyə qarşı iddiaları fonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini şərh edən Amanda Pol vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesi artıq dayandırılıb və səylər heç bir nəticə verməyib: "Təəssüf ki, son 12 ayda çoxsayda insan həlak olub", - o əlavə edib. 
"Görünür, gərginliyin artmasının səbəbi ondadır ki, "Türkiyə-Ermənistan-Azərbaycan üçbucağı" Qarabağ məsələsinə mənfi təsir göstərə bilər. Məhz bu səbəbdən beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarışında öz səylərini qat-qat artırmalıdır", - A.Pol deyib.

Xəbərin orijinal ünvanı: http://report.az/analitika/amanda-pol-ermenistan-gelecekde-de-turkiyeden-soyqirimi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR