Kriştianu Ronaldu topun təsadüfən dəydiyi oğlana öz futbol köynəyini bağışladı

Kriştianu Ronaldu topun təsadüfən dəydiyi oğlana öz futbol köynəyini bağışladı
18:28 24 Aprel 2015
54 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Madridin “Real” klubunun hücumçusu Kriştianu Ronaldu vurduğu topun təsadüfən dəydiyi oğlana öz futbol köynəyini bağışlayıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, hadisə Çempionlar Liqasının1/4 final mərhələsində “Atletiko” klubuna qarşı cavab qarşılaşması öncəsi keçirilən məşq zamanı baş verib. Portuqaliyalı futbolçu cərimə zərbələrini məşq edərkən top tribunada oturan gənc azarkeşin başına dəyib. Həkimlər dərhal oğlanı müayinə edib və onun xəsarət almadığını müəyyənləşdiriblər.
Məşqlərdən sonra Ronaldu ağlayan oğlana yaxınlaşaraq tribunaların alqışları altında özünün məşq köynəyini ona bağışlayıb.
Maraqlıdır ki, 2013-cü ilin yayında “Real” klubu ilə İngiltərənin “Burnemut” komandası arasında keçirilən yoldaşlıq görüşü zamanı da bu futbolçunun güclü zərbəsi nəticəsində top 9 yaşlı ingilis azarkeşi Çarli Silverdə dəyərək onun qolunu sındırmışdı. O vaxt “Real” klubunun bütün oyunçuları Ronaldunun zərərçəkənə şəxsən hədiyyə etdiyi futbol köynəyinin üzərinə öz imzalarını atmışdılar.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kristianu_Ronaldu_topun_tesadufen_deydiyi_oglana_oz_futbol_koyneyini_bagisladi-849525

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR