Kim Kardaşyandan Qüdsdə erməni şousu - FOTOSESSİYA

Kim Kardaşyandan Qüdsdə erməni şousu - FOTOSESSİYA
18:42 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Əslən erməni olan amerikalı realiti-şou ulduzu, erotik və pornoqrafik videoları internetdə yayılandan sonra məşhurlaşan Kim Kardaşyan əri, reper Kanye Uest, qızı Nort və bacısı Xlo Kardaşyanla birlikdə Qüdsdə olub.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Kardaşyan ilk əvvəl Erməni Apostol Kilsəsinə baş çəkərək "erməni soyqırımı qurbanlarının anımı"na həsr olunmuş ayində iştirak edib.
 
Daha sonra o, İsa Məsihin Məzarı Kilsəsinə baş çəkib, Köhnə Şəhəri dolaşıb.
 
37 yaşlı Kanye və 34 yaşlı Kim Ermənistanın paytaxtı Yerevanda olduğu kimi, Qüdsdə də "erməni soyqırımı"ndan danışıblar.
 
Kardaşyanın Qüdsdəki bu "ziyarət"lərini yerli katoliklər "şou" adlandırıblar.
 
Milli.Az
 






















































Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/336365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR