"Trabzonspor" UEFA-dan cəza tələb edir

"Trabzonspor" UEFA-dan cəza tələb edir
18:51 24 Aprel 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Trabzonspor" klubu qitənin ali futbol qurumuna yeni müraciət göndərib.

ANS PRESS-in məlumatına görə, həmin müraicətdə İstanbul klubunun "danışılmış oyunlar"da iştiraka görə cəzalanması istənilib. "Trabzonspor" tərəfi iddia edir ki, "Fənərbaxça"nın 2011-ci ildə oynanılan "Gənclərbirliyi", "Sivasspor", "Ankaragücü" və İBB ilə qarşılaşmaların nəticələri əvvəlcədən razılaşdırılıb.

UEFA-ya göndərilən müraciətdə həmin ilin aprel ayında oynanılan "Əskişəhərspor" - "Fənərbaxça" və "Əskişəhər" - "Trabzonspor" qarşılaşmalarının nəticəsinə də Əziz Yıldırım tərəfindən müdaxilə edilib, "Əskişəhərspor"un bəzi futbolçularına "Trabzonspor"u büdrətmək, "Fənərbaxça"ya güzəştsiz təslim olmaqdan ötrü 300 min dollar pul verilməsinin isbatlandığı qeyd olunur. Bütün bunları diqqətə çatdıran "Trabzonspor" tərəfi "Fənərbaxça"nın yenidən cəzalandırılmasının ədalətli olacağını vurğulayıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=340244

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR