Avstraliyada “Erməni yalanlarına dur de!” adlı yürüş-mitinq keçirilib

Avstraliyada “Erməni yalanlarına dur de!” adlı yürüş-mitinq keçirilib
19:27 24 Aprel 2015
62 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 19:21 ]


Bakı – APA. Avstraliyadakı Azərbaycan və Türkiyə diasporlarının işitirakı ilə “erməni soyqırımı”nın 100 illiyini ilə əlaqədar etiraz yürüş-mitinqi təşkil olunub.

 

Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətindən APA-ya verilən məlumata görə, Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı tədbir yerli erməni icmasının Türkiyə baş konsuluğu önündə keçirdiyi “Türkiyənin erməni soyqırımını danmasının 100 illiyi” adlı aksiya ilə paralel olaraq “Erməni yalanlarına dur de!” şüarı altında baş tutub.

 

Yürüşdə “Genosid yalanları”, “Onlar özləri ilə nifrət gətirdilər: Avstraliyada ilk siyasi terror 1980-cı ildə türk diplomatın öldürülməsi oldu”, “1970-1980-ci illərdə 40 türk diplomatını qətlə yetirdilər” kimi şüarlar səsləndirilib. Avstraliya Türkiyə Alyansının təşkil etdiyi tədbirdə türklərlə bir sırada Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin prezidenti İmamətdin Qasımov, cəmiyyətin üzvləri və bu ölkədə təhsil alan tələbələrimiz iştirak ediblər. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381121

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR