AFFA-da Lisenziya Komissiyasının iclası keçirilib

AFFA-da Lisenziya Komissiyasının iclası keçirilib
19:33 24 Aprel 2015
41 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də AFFA-nın inzibati binasında Lisenziya Komissiyasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Lisenziya Komissiyasının üzvləri və Lisenziyalaşdırma Qrupunun əməkdaşları arasında lisenziyalaşdırma qaydalarında baş vermiş dəyişikliklər və qrupun fəaliyyəti ilə bağlı hazırlanmış hesabat müzakirə olunub.
Lisenziya Komissiyasının üzvləri növbəti mövsümdə UEFA və Premyer Liqa yarışlarında iştirak etməklə bağlı müraciətlərə və futbol klubları tərəfindən təqdim olunan sənədlərə ilkin baxış keçirib. Baxış zamanı sənədlərdə aşkarlanmış çatışmazlıqlar müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. İclasdan sonra qərarlar müvafiq klublara göndərilib.
Lisenziya Komissiyasının növbəti iclası mayın 15-i keçiriləcək. İclasda 2015/2016-ci il mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etməklə bağlı müraciət edən klublara lisenziyaların verilib-verilməməsi ilə bağlı qərarlar qəbul olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AFFA_da_Lisenziya_Komissiyasinin_iclasi_kechirilib-849567

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR