Avropa Şurasının irs məsələləri üzrə məsul nazirlərinin konfransı başa çatdı (FOTO)

Avropa Şurasının irs məsələləri üzrə məsul nazirlərinin konfransı başa çatdı (FOTO)
19:43 24 Aprel 2015
48 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend/

22-24 aprel 2015-ci il tarixində Belçika Krallığının Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Krallığın Namür şəhərində Avropa Şurasının irs məsələləri üzrə məsul nazirlərinin konfransı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, konfransın bu gün baş tutan “Əməkdaşlığın inkişafı” başlıqlı panelində Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edib. V.Əliyev çıxışda Azərbaycan hökumətinin son illər ərzində mədəni irsin qorunması sahəsində apardığı fəaliyyətdən danışıb. Qeyd edilib ki, 14 may - 13 noyabr 2014-cü ildə Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsində sədrlik edib. Bu müddətdə Azərbaycan Avropa Şurasının üç aparıcı sahəsi - insan hüquqları, hüquq norması və demokratiya üzrə hədəflərinə xidmət göstərməklə yanaşı, mədəniyyət sahəsinə də öz töhfəsini verib. Xüsusi olaraq, ölkəmizin “Avropa irs günləri” layihəsinin bütün Avropa üzrə mərkəzi tədbirinə ev sahibliyi etdiyini vurğulayıb.

V.Əliyev konfrans iştirakçılarına Bakı şəhərində təşkil ediləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Birinci Avropa Oyunları barədə məlumat verib, hər kəsi bu tədbirlərdə fəal iştiraka dəvət edib.

Qeyd edək ki, konfransda 37 ölkə və 20-dən çox beynəlxalq təşkilatı təmsil edən nümayəndələr iştirak edib. Tədbirin təşkilinin əsas məqsədi Avropa irs strategiyasının hazırlanması üzrə məsləhətləşmələrin aparılması, bununla bağlı müvafiq mövzular, prioritetlər və mexanizmlər üzrə qaydaların razılaşdırılması olub. Sayca 6-cı dəfə təşkil edilən konfransın yekununda Avropa irsinin qorunması və təşviqi üzrə bəyannamə qəbul edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2387811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR