“Qarabağ əhvalatları” məcmuəsinə Moskvada yaşayan Azərbaycan şairinin hekayəsi daxil edilib

“Qarabağ əhvalatları” məcmuəsinə Moskvada yaşayan Azərbaycan şairinin hekayəsi daxil edilib
19:48 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Moskva, 24 aprel, AZƏRTAC 
Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə Ankarada yeni kitab – “Qarabağ əhvalatları” adlı məcmuə çapdan çıxıb.
Məşhur türk yazıçısı və tərcüməçisi İmdad Afşar ilə birlikdə hazırlanmış bu məcmuə tanınmış Azərbaycan yazıçılarının kədər, ağrı və əzab dolu hekayələrindən ibarətdir. Onların arasında uzun illərdən bəri Moskvada yaşayan tanınmış Azərbaycan şairi Afaq Şıxlının da əsəri vardır. Məcmuəyə onun “Haradasa bir kənd var idi” adlı hekayəsi daxil edilib. Müəllif Qarabağ müharibəsində ərini, qardaşlarını itirmiş və doğma yurdunu tərk etməyə məcbur olmuş Azərbaycan qadınından söhbət açır.
A.Şıxlı AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə qeyd edib ki, məcmuəyə daxil olan hekayələr XX əsrin sonunda bütün dünyanın gözü qarşısında ən qanlı və amansız soyqırımı aktına məruz qalmış və ermənilər tərəfindən ata-baba torpaqlarından – Şuşadan, Ağdamdan, Xankəndidən, Xocalıdan qovulmuş Dağlıq Qarabağ azərbaycanlılarına ucaldılmış abidədir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qarabag_ehvalatlari_mecmuesine_Moskvada_yasayan_Azerbaycan_sairinin_hekayesi_daxil_edilib-849576

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR