"Expressbank" Zolotaya Korona təcili pul köçürmə sistemi ilə birgə “Hədiyyəli pul köçürmələri“ adlı aksiya keçirir. Aksiya 28 fevral 2015-ci il tarixinədək davam edəcək.

Aksiyanın şərtlərinə görə "Expressbank" filiallarında bu sistemlə ən çox pul göndərənlər planşet, minimum 100 AZN olmaqla ən çox köçürmə edənlər isə smartfon qazana biləcəklər.

Qeyd edək ki, pul göndərən və ya alan müştərilərə həmçinin Pul Kart bank kartı hədiyyə olunur. Bu karta hər təcili pul köçürmə məbləğindən asılı olaraq pul şəklində bonuslar hesablanır.

Qeyd edək ki, pul köçürmə xidmətlərini "Expressbank"ın filiallarında həyata keçirmək mümkündür. Bank Western Union, Zolotaya Korona, Contact, Lider, Caspian Money Transfer və Monex sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

"Expressbank"ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS terminal və 140-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.