Şeytan Üçbucağının sirri AÇILDI

Planetimizin ən böyük sirrlərindən biri olan Bermud Şeytan Üçbucağının sirri açıldı.

Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, ABŞ alimləri Mayami əyalətinin cənubundakı anormal bölgədə baş verən anlaşılmaz hadisələri izah etməyə çalışıblar.

İngiltərənin “İndependent” qəzetinin yaydığı xəbərə görə, bu bölgədə baş verən qeyri-adi hadisələrin səbəbi altıbucaqlı buludlardır. Bu buludlar “təyyarə bombası” effekti yaradır. Həmçinin, okeana tərəf istiqamətlənən güclü hava axınlarına səbəb olur. Bir sözlə, indiyədək bölgədə baş verən qəzaların və ya itkin düşmələrin səbəbi qəfildən yaranan hava axınları ola bilər.

Bermud üçbucağının dəqiq sərhədləri yoxdur. Bermud adaları, Florida və Puerto-Riko arasındakı üçbucaq bölgə bu adla tanınır. Anormal bölgənin şöhrəti heç də bəyaz səhifələrə yazılmayıb. Burda saysız-hesabsız qəzalar olub.

Həmin faciəvi şöhrəti yaradan qəzaların bir neçəsinə nəzər salaq:

-“Ellen Austin” gəmisi 1881-ci ildə Nyu-Yorka tərəf üzür. Səfər əsnasında heyətsiz bir gəmi ilə qarşılaşır. “Ellen Austin” gəmisinin 4 heyət üzvü naməlum gəmiyə keçir və onu öz gəmilərinə bağlayırlar. Bir-birinə bağlı olan iki gəminin yolçuluğu uzun sürmür. Qəfildən naməlum gəmi yoxa çıxır.Bir neçə gün sonra “Ellen Austin”in heyəti təkrar naməlum gəmiylə rastlaşır. Lakin, bu dəfə də həmin 4 nəfərin yoxa çıxdığı məlum olur.

-1908-ci ildə ABŞ donanmasına məxsus “USS Cyclops”adlı gəmi 309 nəfər heyətlə birgə yoxa çıxır. Bu hadisə ABŞ donanması tarixində bir dəfədə yox olan canlı qüvvə sayına görə ilk olur.

- 1921-ci il yanvarın 31-də “Carroll A. Deering”gəmisi Bermud Şeytan Üçbucağı olan bölgədə tapılır. Və gəmidə heyət üzvündən bir nəfər də olsun gözə dəymir...

- ABŞ Hərbi Hava Qüvvələrinə aid 5 təyyarə təlim uçuşu üçün havaya qalxır. “Uçuş 19”adlanan təlimdə qəfildən qeyri-adi vəziyyət yaranır. Pilotlar ratsiya vasitəsilə istiqamətlərini itirdiklərini deyirlər. Onların sonuncu verdiyi məlumat yanacağın bitməsi və okeana düşmələri barədə olur. 5 təlim təyyarəsinin pilotlarını xilas etmək üçün yola çıxan növbəti təyyarə də sirli şəkildə yoxa çıxır.

-İngiltərə və Cənubi Afrika hava yollarına aid olan iki sərnişin təyyarəsi bir il zaman məsafəsiylə Bermud Şeytan Üçbucağı üzərində yoxa çıxır. “BSAA Star Tiger”və“BSAA Star Ariel” adlı təyyarələrin yoxa çıxma tarixləri bunlardı: 30 yanvar 1948;17 yanvar 1949. Təyyarələrin biri ilə əlaqə anormal bölgənin səmasına daxil olmadan öncə itirilib.

Bermud Şeytan Üçbucağı “ən təhlükəli 10 su bölgəsi” adlı siyahıya daxil edilmir. Səbəbi isə bu ərazinin şəklinin obyektiv tərəfindən çəkilməsinin mümkünsüzlüyüdür. Yəni, burda baş verən faciəvi hadisələrin heç biri sübut edilməyib.

Günün qoroskopu - Yeni tərəfdaş və ya müttəfiq qazana bilərsiniz - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR