Azərbaycan çempionatında hakim döyüldü - Gəncədə

Azərbaycan çempionatında hakim döyüldü -   Gəncədə
22:57 24 Aprel 2015
78 İdman
Ölkə mətbuatı
A- A+

I divizionun XXV turunun "Kəpəz" - "Ağsu" (2:3) matçında qalmaqal yaşanıb. Fanat.az sportal.az-a istinadən xəbər verir ki, oyunun son dəqiqəsində, hesab 2:2 olarkən "Kəpəz"in qapısına penalti təyin olunub. "Ağsu"nun heyətində Fərrux Rəhimov hesabı dəyişərək komandasına 3:2 hesabı ilə qələbə qazandırıb.
 
Hakimin bu qərarı gəncəli azarkeşlərin və ehtiyyat skamyasında əyləşən futbolçular meydana axışması ilə nəticələnib. Bu zaman hakimə fiziki təzyiq göstərilib. Stadionda isə cəmi 4 polis əməkdaşı olub. Vəziyyətin çətinləşdiyini görən baş hakim Etibar Həsənov final fitini çalaraq paltardəyişmə otağına "qaça bilib".

Oyundan sonra "Kəpəz"in baş məşqçisi Vidadi Rzayev olaylarla bağlı danışıb: "Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə rəqibin müdafiəçisi bizim hücumçunu hakimin gözünün qarşısında yıxdı. Baş hakim Etibar Həsənov bu epizodda qayda pozuntusu qeydə almadı və həmin hücumun sonluğunda qapımıza penalti təyin etdi. Deyilənə görə, həmin epizodda penalti yox idi. Epizoddan uzaq məsafədə olduğum üçün, nə baş verdiyini görə bilmədim. Oyunun sonlarında hakim oyunun "ipini" əlindən buraxdı. Penalti epizoduna kimi iki futbolçumuz qırmızı vərəqə almışdı, epizoddan sonra isə etirazlara görə  daha 2 futbolçumuza qırmızı vərəqə göstərdi. Qarşıda "Şəmkir"lə ağır oyunumuz var və 4 əsas müdafiəçimiz oynamayacaq. Penaltidən sonra əlavə etdiyi vaxt başa çatmasına baxmayaraq, oyunu qurtarmadı. Bizim iki oyunçumuza qırmızı vərəqə verəndə azarkeşlərimiz coşdu. Oyundan sonra da penalti epizodunun təkrarına baxıblar və penalti olmadığı bildirilir. Mən hələ də əsəbimdən baxa bilmirəm.  Əsas iradımız bizim leyhimizə olan qayda pozuntusunu vermir, həmin hücumun sonunda penalti verir və komandamız bu penala görə məğlub olur".

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-cempionatnda-hakim-doyuldu-t40244.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR