Mobil telefondan ayrılmayan insanlar artır (VİDEO)

Mobil telefondan ayrılmayan insanlar artır (VİDEO)
05:51 25 Aprel 2015
101 Digər
Ölkə mətbuatı
A- A+

Mobil rabitə vasitəsi olan telefonlar çox az bir vaxtda həyatımızın ayrılmaz hissəsinə çevrilib.

ANS TV-nin məlumatına görə, mobil telefonların çoxlu funksiyaya malik olması istifadəçilərin işini asanlaşdırsa da, bunun faydası ilə yanaşı fəsadları da az deyil.

Məsələyə psixoloji tərəfdən yanaşanda, mütəxəssislər telefonlara həddindən çox aludə olan insanların, birinci növbədə ünsiyyət baxımından problemlə üzləşdiyini bildirir. Bunun nəticəsində də həmin insanların özünə qapanması, ətrafdakılara qarşı münasibətinin dəyişməsi halları baş verir.

“Birinci burda insanlar arasında canlı ünsiyyət itir və nəticədə virtuallaşır. Yəni insanlar arasında emosionla təmas qırılır. Bu gün Azərbaycanda elə ailələr, yaxud da yeni tanış olan cütlüklər var ki, onlar telefon vasitəsilə bir-birlərini çox yaxşı anladıqların deyirlər. Ancaq görüşüb bir yerə gedəndə aralarında mübahisə yaranır. Zaman keçdikcə insanlar bir-birlərini virtualda daha yaxşı başa düşməyə başlayır, nəinki, real həyatda. Əslində isə bu böyük bir problemdir”, – deyə psixoloq Elnur Rüstəmov bildirib.

Aparılan araşdırmalar göstərir ki, insanların telefonlara marağının artmasının başlıca səbəbi, bu qurğularda təkmilləşən müxtəlif proqramlardır. Çünki bu sistemlərdən istifadə edərək insanlar gündəlik həyatlarında lazım olan bir çox məsələləri həll edə bilir. Oyunlar oynayır, maraqlı məlumatlar əldə edir, dünya xəbərlərilə tanış olur və s. Məhz bir anın içində internetdən istifadə etməklə istədiklərimizə sahib olmaq bu cihazları həyatımızın ayrılmaz hissəsinə çevirir.

“Hətta telefonun virtual imkanlarından istifadə etməyənlər, yalnız telefondan ünsiyyət, danışıq vasitəsi kimi istifadə edən yaşlı nəsil belə telefonu üzərlərində olamayda özlərində bir boşluq hiss edirlər. Bu isə cəmiyyətin telefondan asıllıq probleminin gündəmdə olduğunu göstərir. Bu cür davam etsə, bir neçə ildən sonra cəmiyyət arasında telefondan asıllıq problemi daha da kəskinləşə bilər” – deyə sosioloq Rəşad Əsgərov fikrinin açıqlayıb.

Beynəlxalq araşdırmalar göstərir ki, mobil telefon istifadəçilərinin sayı günü-günə artır. İsitifadəçilər arasında Çin və Hindistan sakinləri öndə gedir.

Mütəxəssislərin fikrincə, telefonlar təkmilləşdikcə ona olan maraq da artacaq, bu isə qaçılmazdır.

Yeniyetmə yaşlarında ilk növbədə valideynlər bu məsələdə diqqətli olmalıdır. Daha sonra təhsil ocaqları və ətraf aləm bu işi üzərinə götürməlidir.

Mənbə
ANS-TV / Orxan Mahmudoğlu



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=340315

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR