"Anzak günü"nə minlərlə insan qatıldı

"Anzak günü"nə minlərlə insan qatıldı
10:51 25 Aprel 2015
31 Dünya
Ölkə mətbuatı
A- A+

Avstraliyada Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə kütləvi anım mərasimləri keçirilib.

ANS PRESS-in məlumatına görə, ölkədə "Anzak günü" adlandırılan 25 aprel tarixində əksər şəhərlərdə döyüş qurbanlarının xatirəsi yad edilib. Bu il qəhrəmanlıq və şücaət göstərən müharibə iştirakçılarını anmaq üçün tədbirlərə rekord sayda avstraliyalı qatılıb.

Paytaxt Kanberrada Avstraliya Müharibə Memorialında keçirilən anım mərasimində 120 min adam iştirak edib. Burada son 12 ay ərzində ölən avstraliyalı hərbçilərin adları oxunduqdan sonra, onların külü qayıqlarla okeana atılıb.

"Anzak günü" münasibətilə tədbirlər Sidney, Brisben, Melburn, Darvin, Adelaida və digər şəhərlərdə də keçirilib.
Mənbə
Associated Press



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=340366

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR