“Elmə investisiyalar - elmtutumlu iqtisadiyyatın drayverləri” mövzusunda dialoq meydançası keçiriləcək

“Elmə investisiyalar - elmtutumlu iqtisadiyyatın drayverləri” mövzusunda dialoq meydançası keçiriləcək
10:16 25 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Qazaxıstanda may ayının 27-də “Milli Elmi-Texniki İnformasiya Mərkəzi” Səhmdar Cəmiyyəti tərəfindən “Elmə investisiyalar - elmtutumlu iqtisadiyyatın drayverləri” mövzusunda beynəlxalq elm və biznes dialoq meydançası keçiriləcək.
 
 
Dialoq meydançasının keçirilməsində məqsəd  Mərkəzi Asiyanın aparıcı elmi-texniki tədqiqat institutlarının, ali təhsil müəssisələrinin  maraq doğuran  kommersiya xarakterli innovasiya layihələrinin investorlar tərəfindən maliyyələşdirilməsidir.
 
 
Mərkəzin “S2B” (Science-To-Business) bazasında ilk dəfə keçiriləcək bu tədbirdə investisiya kompaniyalarının, sənaye müəssisələrinin, biznes assosiasiyalarının, maliyyə institutlarının, vençur fondlarının, inkişaf institutlarının, kütləvi informasiya vasitələrinin rəhbərlərinin iştirakı gözlənilir.
 
Bu barədə AMEA Elmi İnnovasiya Mərkəzindən (EİM) məlumat verilib. EİM-dən qeyd edilib ki, potensial investorların, inkişaf institutlarının və kütləvi informasiya vasitələrinin iştirakı ilə keçiriləcək tədbirlərin yekunu olaraq gələcəkdə maliyyələşdirilməsi və tətbiqi üçün innovasiya layihələri seçiləcək:
 
“Kommunikativ tədbir çərçivəsində Avropa İttifaqının tədqiqatlar və innovasiyalar üzrə “Horizon - 2020” proqramının layihəsi təqdim olunacaq. Layihədə ittifaqın  18 prioriteti açıqlanacaq, yüksək səviyyədə tamamlanmış ETTKİ-lər üçün qrant maliyyələşdirilməsinin tələbləri və mexanizmləri göstəriləcək”.
 
Tədbirdə Azərbaycanlı mütəxəssislərin də iştirak edəcəyini qeyd edən EİM-dən bildirilib ki, maraqlananlar layihənin materiallarını mayın 5-dək Təşkilat Komitəsinə göndərməlidirlər.
 
 
 
Həqiqət İSABALAYEVA


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-36407-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR