Səfir: "Azərbaycanla əlaqələrin gücləndirilməsi Türkmənistanın xarici siyasətinin əsas istiqamətidir" - FOTO

Səfir: "Azərbaycanla əlaqələrin gücləndirilməsi Türkmənistanın xarici siyasətinin əsas istiqamətidir" - FOTO
20:32 17 Oktyabr 2018
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkmənistanın xarici siyasətinin vacib istiqaməti qardaş Azərbaycanla əlaqələrin daim gücləndirilməsidir.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşankuliyev Türkmənistanın müstəqilliyinin 27 illiyi münasibətilə ölkənin Bakıdakı səfirliyi tərəfindən təşkil olunmuş qəbulda deyib.

Səfirin sözlərinə görə, ortaq tarix və mədəniyyət iki ölkə xalqını xüsusilə yaxınlaşdırır.

M.İşankuliyev qeyd edib ki, Türkmənistan və Azərbaycan qlobal və regional təhlükəsizliyin təmin edilməsi, iri enerji və nəqliyyat layihələrinin reallaşdırılması kimi sahələrdə əməkdaşlıq edir.

Diplomat xüsusilə bildirib ki, iki ölkə arasında münasibətlərin inkişafında əsas rol Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/695558.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR