Cəlilabadda iki nəfər uçqun altında qalıb

Cəlilabad rayonunda fəhlə tikinti sahəsində uçulan divarın altında qalıb ölüb.

Metbuat.az-ıntrend.az-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Şıxlar kəndi ərazisində baş verib.

Rayonun Komanlı kənd sakinləri, 1988-ci il təvəllüdlü İsmayılov Emin Cəbrayıl oğlu 1995-ci il təvəllüdlü Əbilov Ruslan Xosrov oğlu ilə birlikdə Şıxlar kəndində Quliyeva Sevil Mansur qızına məxsus həyətyanı sahədə yarımçıq tikilini sökərkən divar onların üzərinə aşıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilsə də, E.İsmayılov xəstəxanada ölüb.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.

Hövsanda TƏHLÜKƏ: İnsanlar rahat gəzə bilmirlər - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR