Nyu York metrosunda sərnişinlərə Halloven surprizi edildi

Nyu Yorkda “Union Square” metro stansiyasında Hollovenlə bağlı tədbir təşkil olunub. Stansiyanın bir hissəsi isə qorxu tunelinə dönüşdürülüb.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, “Lənətli metro” adlı tədbir çərçivəsində polis məmurları və metro işçiləri qorxunc obrazlara bürünüblər. Stansiyada qurulan “Qorxu tuneli”ndə sərnişinlər əyləncəli anlar yaşayıb.

Sərnişinlərdən bəziləri isə təəccüblərini gizlədə bilməyib. Tədbiri maraqla qarşılayan uşaqlardan bəziləri isə qorxaraq gözyaşlarına qərq olublar. Polislər və metro işçiləri qorxan uşaqları sakitləşdirərək onlara üz boyaması da edib.

https://metbuat.az/news/1045256/indoneziyada-bas-v...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR