Azərbaycanda dil sahəsində monitorinqin keyfiyyəti təkmilləşdiriləcək

12:42 13 Yanvar 2015
143 Digər
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 12:36 ]


Bakı. Könül Kamilqızı – APA. Azərbaycan dilinin ədəbi normalarına uyğunluğunun monitorinqini aparmaq üçün Türkiyənin müvafiq qurumu ilə əməkdaşlıq ediləcək. AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərəmli APA-ya açıqlamasında deyib ki, əməkdaşlıq nəticəsində onların tətbiq etdiyi monitorinq metodikası mənimsəniləcək.

 

Q. Məhərrəmli qeyd edib ki, bununla da monitorinqin keyfiyyətini yaxşılaşdırmaq proqramı təkmilləşdiriləcək: “İl ərzində maraqlı proseslər gedir və onları üzə çıxarmaq üçün yeni metodika tətbiq olunmalıdır. Türkiyə ilə birgə əməkdaşlıq bir növ metodiki köməklik olacaq və bu əlaqələri genişləndirəcək”.

 

Telekanal aparıcılarının treninqdən keçirilməsi məsələsi gəlincə, şöbə müdiri əlavə edib ki, bu məsələ Milli Televiziya və Radio Şurası ilə birgə reallaşdırılacaq. Onun sözlərinə görə, burada müəyyən təşkilatı işlər, treninqlərin harada keçirilməsi və digər məsələlər var: “Məsələ ilə bağlı proqram və mövzu hazırlanıb, sadəcə olaraq başlamaq lazımdır. Bunun üçün də müəyyən təşkilatı məsələlər həll olunmalıdır”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR