Stepen Houkinqə aid əşyalar

14 mart 2018-ci il tarixində həyata gözlərini yuman dahi fizik Stephan Haukingə aid 22 əşyası internet üzərindən satışa çıxarılıb.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, satışa çıxarılan əşyalar içərisində Haukingə aid elmi dissertasiya, bəzi mükafatları və əlil arabası da yer alır.

Stephan Haukingin özünün də bir neçə dəfə göstərildiyi animasiya filmi “The Simpsons”-un saxladığı ssenariləri də satışa çıxarılacaq.

Haukingin övladları atalarının elmi işlərinin xalqa təqdim edilməsinin lazım olduğunu düşünüb.

Hərrac 31 oktyabr-8 noyabr tarixlərində internedə həyata keçiriləcək. Satışdan əldə olunan gəlir Stephen Hauking vəqfinə bağışlanılacaq.

https://metbuat.az/news/1048035/10-yasi-olmasina-b...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR