Qərb ölkələri “Səhrada Davos” konfransını

Qərb ölkələrinin bir çox nazirləri və iri şirkətlər bu gün Ər-Riyadda başlanan “Səhrada Davos” konfransını boykot edib.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Buna səbəb jurnalist Camal Kaşıkçınin krallığın İstanbuldakı Baş konsulluğunda öldürülməsidir. Ümumilikdə 40-a qədər siyasi şəxs və iş adamı konfransda iştirakdan imtina edib.

Üstəlik, beynəlxalq media qurumları da tədbiri işıqlandırmamaq qərarına gəlib. Qeyd edək ki, konfrans Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın rəhbərliyi altında keçirilir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR