Şagirdlərin tənəffüsdə danışması qadağan edildi -

İngiltərənin Birmingem şəhərindəki məktəblərin birində qəribə qadağa tətbiq edilib.

Metbuat.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, tənəffüs zamanı şagirdlərin məktəb daxilində danışması və ümumiyyətlə səs çıxarmasına qadağa qoyulub. Qaydaları pozanlara qarşı cəza tətbiq olunacaq.

Məktəb rəhbərliyi hesab edir ki, tənəffüslərdə şagirdlər danışmasa onlar zehni cəhətdən istirahət edəcək və nəticədə dərsləri daha yaxşı mənimsəyəcək.Qeyd edək ki, məktəbdə 1400 şagird təhsil alır.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR