Dəniz üzərində dünyanın ən uzun körpüsü açıldı -

Çində dəniz üzərində dünyanın ən uzun körpüsü açılıb.

Metbuat.az Röyters agentliyinə istinadən xəbər verir ki, Honkonq, Çjuhay və Makao şəhərlərini birləşdirən körpünün uzunluğu 55 km-dir. 3 körpü və bir tuneldən ibarət olan layihənin ümumi dəyəri 20 milyard dollardır. 9 ilə inşa edilən körpünün tikintisində 400 min ton poladdan istifadə edilib.

Tikili 8 bal zəlzələyə davamlıdır. Körpünün açılması ilə Honkonq və Çjuhay şəhərləri arasındakı 4 saatlıq yol 45 dəqiqəyə enib.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR