Romada eskalator sıradan çıxıb -

Roma metropoliteninin mərkəzi stansiyalarından birində eskalatorun sıradan çıxması nəticəsində azı 20 nəfər xəsarət alıb.

Metbuat.az-ın İtaliyanın "Il Mattino" qəzetinə istinadən verdiyi məlumata əsasən, hadisə Çempionlar Liqası çərçivəsində "Roma" və MOİK komandaları arasında keçiriləcək oyundan öncə baş verib. Ehtimal olunur ki, xəsarət alanlar arasında rusiyalı azarkeşlər də var.

Qeyd olunur ki, xəsarət alanlardan biri ciddi yaralanıb: o bir ayağını itirib.

Öz növbəsində ANSA agentliyi bildirir ki, hadisə "Repubblika" stansiyasında yerli vaxtla 19:00 radələrində baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR