Bakıda bazarda cinayət törədənlər tutuldu

Bakıda bazarda cinayət törədənlər tutuldu
12:59 13 Yanvar 2015
152 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda bazarda cibgirliklə məşğul olan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsinən Lent.az-a verilən məlumata görə, DİN Baş Cinayət Axtarışı İdarəsi, Bakı şəhər BPİ CAİ, Nizami RPİ CAŞ, 24-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 11-də 11:00 radələrində, Naxçıvanski küçəsi 38-də yerləşən bazarda Bakı şəhər sakinləri – Mərdan Qənbərovun cibindən 52 manat, saat 11:30 radələrində Əlif Orucovun cibindən 242 manat pulunu cibgirlik yolu oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib. Beləliklə Gürcüstan vətəndaşları 1977-ci il təvəllüdlü Goqolodze Georqia Merlakoviç, 1981-ci il təvəlüdlü Geduadze Guram Giorgeviç, Eristavi David Meraboviç və 1980-ci il təvəllüdlü Kereselidze Mindia Nudaroviç tutularaq istintaqa təhvil verilib.

 

Şübhəli şəxslərin üzərinə baxış zamanı G.Goqolodzedən 2,035 qram, G.Gequhadzedən 1,942 qram, D.Eristavidən 1,919 qram və M.Kereselidzedən 2,310 qram tiryək aşkar olunaraq götürülüb.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190193

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR