Şimali Afrika ölkələrində miqrant düşərgələri yaradılmayacaq -

Bir sıra Avropa ölkələrinin qaçqın axını ilə bağlı Şimali Afrika ölkələrində miqrant düşərgələri yaratmaq barədə təklifləri reallaşmayacaq.

Metbuat.az xəbər verir ki, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker bu məsələnin artıq müzakirə mövzusu olmadığını bildirib. Tunisdə səfərdə olan komissiya prezidenti hökumət rəhbəri Yusif Xaled ilə görüşdən sonra Aralıq dənizi vasitəsilə Avropaya keçmək istəyən və sərhəd nəzarəti tərəfindən saxlanılan qaçqınların Şimali Afrika ölkələrində xüsusi miqrant düşərgələrində yerləşdirilməsi barədə danışıqların aparılmayacağını deyib.

Qeyd edək ki, bu ilin yay aylarında bir neçə Aİ ölkəsi Aralıq dənizində saxlanılan qaçqınları Avropa ölkələrində qəbul etmək əvəzinə, onları Şimali Afrika ölkələrində yaradılmalı olan xüsusi miqrant düşərgələrində yerləşdirməyi təklif edirdilər. Tunis, Mərakeş və Əlcəzair bu ideyanın rəsmi şəkildə elan edilməsinin ardınca ciddi şəkildə etirazlarını bildirərək, bu ölkələrdə müvəqqəti saxlanma mərkəzlərinin yaradılmasını rədd etmişdilər. Tərəfdaş ölkələrin müqavimətini görən Avropa Komissiyası bu mövzunun artıq bağlanmış olduğunu elan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR