​İstanbulda Suriya münaqişəsi

İstanbulda Suriya münaqişəsi üzrə 4-lü zirvə start götürüb.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan toplantının açılış nitqindəmüzakirələrin məhsuldar keçəcəyinə inandığını bildirib. Onun sözlərinə görə, dünyanın gözü bu toplantıdadır və liderlər ümidləri boşa çıxarmayacaq.4-lü zirvədə Rusiya prezidenti Vladimir Putin və Fransa lideri Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və digər rəsmilər iştirak edir.

İstanbul toplantısının gündəmini İdlibdəki atəşkəsin qorunması, Suriyada sabitliyin bərpası, yeni konstitusiyanınformalaşdırılması və digər siyasi məsələlər əhatə edir. Danışıqların yekunlarına dair birgə bəyannamənin qəbul olunacağı gözlənilir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR